
"Turan Tovuz" mövsümün sonunda legionerlərindən bəziləri ilə yollarını ayıracaq.
Qərb təmsilçisinin yayda vidalaşmaq istədiyi əcnəbilərdən biri də Araş Qaderidir.
Tərəflər arasında gələn ilin yayına qədər mövcud müqaviləsinə baxmayaraq, tovuzlular performansından razı deyil. Əsas heyətə düşmür, şans qazananda isə tez-tez səhvləri ilə yadda qalır.
Məhz buna görə də iranlı müdafiəçinin yeni sezona "Turan Tovuz"da başlamaması ehtimalı böyükdür.
26 yaşlı futbolçu 2024-cü il iyulun 22-də Tovuz klubuna keçib və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Araş Azərbaycana gələnə qədər "Alluminiy", "Paykan", "Traktor" və "Zob Ahan"da çıxış edib. Tovuz klubu kontrakta xitam vermək üçün xeyli
təzminat ödəməlidir. Çünki maaşı 20 min dollardır. Araş ona edilən sonuncu belə çağırışı geri çevirib. Azərbaycandan getmək istəmədiyini bildirib.
O. "Turan"da ümidlərini doğrulda bilməməsinin səbəbkarı qismində özünü göstərməyib. Kurban Berdiyevin fiziki hazırlıq üzrə köməkçisinin adını çəkib.
Deyib ki, Yakov Erlixin keçdiyi fiziki hazırlıq prosesi sırf ağır yüklənmələrdən ibarətdir və bu, digər komanda yoldaşları kimi, onda da ciddi narahatlıq yaradır.
SPORTİNFO.AZ