Yaşlı adamsan, niyə özünü apara bilmirsən, söyüş söyürsən? - VİDEO

17 Aprel 17:00 Turan 358
Yaşlı adamsan, niyə özünü apara bilmirsən, söyüş söyürsən? - VİDEO

"Kurban Berdiyevə göstərilən qırmızı vərəqə doğru idi".

Bu sözlər tanınmış telejurnalist Ceyhun Rzayevə məxsusdur. ATV kanalında yayımlanan "Futbolumuz" veirlişinin aparıcısı "Turan Tovuz"un baş məşqçisini sərt tənqid edib.

O, rusiyalı mütəxəssisin özünü yaşına uyğun aparmadığını, yanlış mövqe tutduğunu bildirib.

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununda (2:1) insident yaşanıb.

Matçın 21-də dəqiqəsində ara qarışıb. Görüşün baş hakimi Elçin Məsiyevin qonaqların lehinə cərimə zərbəsi verməsi Tovuz klubunun baş məşqçisi Kurban Berdiyevi özündən çıxarıb, sərt şəkildə referiyə etiraz edib.

Məsiyev əvvəlcə Berdiyevi sarı vərəqə ilə cəzalandırıb. 70 yaşlı mütəssis sakitləşmək əvəzinə etirazlara davam edib. Nəticədə baş hakim onu qırmızı vərəqə ilə cəzalandırılıb.

Elçin Məsiyev eyni zamanda Kurban Berdiyevin köməkçisi Yunis Hüseynova da sarı vərəqə göstərib.

Yaşanan hadisə tovuzlu azarkeşləri qəzəbləndirib. Onlar referinin ünvanına nalayiq ifadələr səsləndiriblər.

Odur ki, AFFA İntizam Komitəsi Kurban Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb. Ona 3 aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib.

Tovuz təmsilçisi dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!