Kurban Berdiyev bir söyüşü ilə “Turan”ı pis vəziyyətə saldı - VİDEO+FOTOLAR

16 Aprel 13:40 Turan 1 338
Kurban Berdiyev bir söyüşü ilə “Turan”ı pis vəziyyətə saldı - VİDEO+FOTOLAR

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Sabah” oyununda insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 21-də dəqiqəsində ara qarışıb.

Görüşün baş hakimi Elçin Məsiyevin qonaqların lehinə cərimə zərbəsi verməsi Tovuz klubunun baş məşqçisi Kurban Berdiyevi özündən çıxarıb. Rusiyalı mütəxəssis sərt şəkildə referiyə etiraz edib.

Məsiyev əvvəlcə Berdiyevi sarı vərəqə ilə cəzalandırıb. 70 yaşlı mütəssis sakitləşmək əvəzinə etirazlara davam edib. Nəticədə baş hakim onu qırmızı vərəqə ilə cəzalandırılıb.

Elçin Məsiyev eyni zamanda Kurban Berdiyevin köməkçisi Yunis Hüseynova da sarı vərəqə göstərib.

Yaşanan hadisə tovuzlu azarkeşləri qəzəbləndirib. Onlar referinin ünvanına nalayiq ifadələr səsləndiriblər.

Odur ki, AFFA İntizam Komitəsi Kurab Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

Rusiyalı mütəxəssisə 3 aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib.

Tovuz təmsilçisi dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.

Qarşılaşmada qırmızı vərəqə alan "Sabah"ın legioneri Pavol Safrankoya bir oyunluq cəza, paytaxt klubuna isə 500 manat cərimə tətbiq edilib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!