Kurban Berdiyevdən hiyləgər addım!

17 Aprel 22:20 Turan 2 532
Kurban Berdiyevdən hiyləgər addım!

"Turan Tovuz"un 5 oyunluq qələbə həsrəti "Sabah"la matçda başa çatdı.

Əslində hər şey qonaqların ürəyincə gedirdi.

Erkən qol vuran "tələblər"in hesabı artırmaq üçün də yaxşı qol imkanları vardı.

Hər şey meydan sahiblərinin növbəti məğlubiyyətinə doğru irəliləyirdi.

Amma bir anda hər şey 180 dərəcədə dəyişdi.

Əksəriyyət bunu 44-cü dəqiqədə Pavol Safrankonun qırmızı vərəqə alaraq "Sabah"ı azlıqda qoymasına bağlayır.

Düzdü, bu da işin içində var.

Amma geridönüşün təməlini Kurban Berdiyev aldığı qırmızı vərəqə ilə tökdü deyə bilərik.

Məhz onun aid olduğu yerdən tribunaya qovulması yetirmələrini yuxudan ayıltdı.

Sanki əcnəbi mütəxəssis hər şeyi özü hazırlamışdı. Həftələrdi "qara zolaq"dan çıxa bilməyən "Turan"a təsir etməkdə aciz görünən birinin son cırpınışı da deyə bilərik.

Etiraz etdiyi epizoddakı qayda pozuntusunu eynəksiz də aydın görə bilərdi.

Amma görmədi, görməzdən gəldi. Bir anda sakitliyini partlayışa çevirdi. Çünki belə lazım idi.

Tanınmış simanın hərəkətləri ətrafda olan hər kəsin diqqətini ona yönəltdi

Təcrübəli mütəxəssisin ehtiyat skamiyanın ərazisini tərk edən ayaqda futbolçularına sərt formada verdiyi tapşırığı da planın bir tərkib hissəsi hesab etmək olar.

Qarşılaşmadan sonra Ayxan Hüseynov və Emmanuel Hakmanın "Berdiyev üçün oynadıq" açıqlaması təsadüf yox, uğurla yekunlaşan planın finişə nöqtəsi sayıla bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"