
“Kurban Berdıyev kimi baş məşqçisi olan komandanın futbolçusu belə hoqqalar çıxarmaz.
Veysəl Rzayev, çılğın azarkeş sənə kəsici alətlə xəsarət yetirsəydi, nə olacaqdı?
Bizim mentalitetimiz ümumi futboldan çox uzaqdır. Tribunaya şığımaq, ittihamlar səsləndirmək tərbiyyəsizlikdir.
Bu durum futbolçularda psixoloji hazırlığın da yetərincə olmadığını göstərir”.
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Tural Məmmədli “Turan Tovuz” haqda şərhlər veriblər.
Xüsusilə Veysəl Rzayevin azarkeşlərə hücum çəkməsini pisləyən telejuranlistlər bölgə klubunda ciddi nizam-intizam problemlərinin olduğunu da diqqətə çatdırıblar.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN