Onun Qurban Qurbanovdan nəyi artıqdır ki? - VİDEO

13 Aprel 22:30 Turan 3 028
Onun Qurban Qurbanovdan nəyi artıqdır ki? - VİDEO

Nəhayət, Kurban Berdiyev daha Rusiyada çalışmadığını anladı.

O qırmızı vərəqəni daha öncə almalı idi.

Deyərdim ki, bizim hakimlər «Baba»nı tribunaya göndərməyə hələ çox gec qaldı.

Premyer Liqada 30 tur arxada qalıb. Və təzə-təzə hakimlərin yadına düşüb ki, belə bir baş məşqçi var və onu digərlərindən üstün tutmaq, fərqləndirmək olmaz.

Berdiyev mövsümün gedişində dəfələrlə texniki zona qaydalarını pozub.

Bircə fakt: ilk dövrədə «Səbail»ə evdə 2:0 hesabıyla qalib gəldikləri matç.

Həmin qarşılaşmanın ikinci hissəsində hirslənib meydana daxil olmuş, kapitan Şəhriyar Əliyevə «dişinin dibindən çıxan» söyləmişdi.

O, nə onda, nə də ondan sonra cəzalanmışdı. Hakimlərin içində bir nəfər özündə təpər tapıb ona deməmişdi ki, qoca, dayan, gözünün üstündə qaşın var.

Əməllərinə o qədər göz yumdular ki, axırda özünü Bağdadın kor xəlifəsi saydı və bu hərəkəti elədi, dilinə təhqiramiz ifadələr gətirdi.

«Sabah»la qarşılaşmada aldığı qırmızı vərəqə başqa yerə yozulmamalıdır.

Yəqin ki, AFFA-nın İntizam Komitəsi də «Baba»nın yaxasını boş buraxmayacaq, yüngülvari cəza verib, hadisənin üstündən elə-belə keçməyəcək.

Qurban Qurbanovdan nəyi artıqdır ki?

MUSA

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 20:30 Çək və bizə göndər!
23 Aprel 11:00 İstiqaməti düz seçin!
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...
23 Aprel 01:10 AFFA cəzanı yumşaltdı