
"Sabah" Premyer Liqada "Turan Tovuz"a uduzub.
Sportinfo.az xəbər verir ki, XXX turun oyunu Tovuz şəhər stadionunda keçirilib.
Qarşılaşma meydan sahibinin qələbəsi ilə bitib - 2:1.
14-cü dəqiqədə qonaqların heyətində Anatoli Nuriyev hesabı açıb. Bundan beş dəqiqə sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
45+2-ci dəqiqədə paytaxt təmsilçisinin futbolçush Pavel Şafranko eyni aqibəti yaşayıb. Bölgə klubunun heyətində 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-ci dəqiqədə Joarlem Santos fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşincidir.
"Turan Tovuz" - "Sabah" 2:1
Qollar: Ayxan Hüseynov, 56; Joarlem Santos, 57 // Anatoli Nuriyev, 14
Tovuz şəhər stadionu, 2500 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Rəhim Sadıxov, 63 (qeyri-idman hərəkəti); Ayxan Hüseynov, 69 (qeyri-idman hərəkəti); Hayderson Hurtado, 82 (qeyri-idman hərəkəti) // Pavol Safranko, 21, 45+2 (qeyri-idman hərəkəti); Cesse Sekidika, 51 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Pavol Safranko, 45+2
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Kurban Berdiyev, 19, 19 (hakimin qərarına etiraz); Yunis Hüseynov 19 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Kurban Berdiyev, 19
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Turan Tovuz”
41. Sergey Samok
17. Rəhim Sadıxov
(10. Xəyal Nəcəfov, 77)
88. Faiq Hacıyev
11. Ayxan Hüseynov
(19. Orxan Əliyev, 77)
7. İsmayıl Zülfüqarlı
(8. Tural Bayramlı, 90+4)
9. Kristian da Silva
23. Alexandro Serrano
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
40. Kauan Martins
(90. Joarlem Santos, 46)
21. Aleks Souza
(6. Araş Qaderi, 83)
Ehtiyat oyunçular:
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
13. Fərid Yusifli
30. Mircamal Əlizadə
29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdiyev
“Sabah”
92. Stas Pokatilov
17. Tellur Mütəllimov
9. Anatoli Nuriyev
(99. Neqoş Kupusoviç, 67)
5. Rəhman Daşdəmirov
15. Seymur Məmmədov
(6. Abdulax Xaybulaev, 77)
7. Boyan Letiç
(11. Kahim Parris, 80)
4. Sofian Çakla
18. Pavol Safranko (k)
70. Cesse Sekidika
(88. Xəyal Əliyev, 67)
3. Con İrasabal
33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular:
1. Yusif İmanov
55. Nicat Mehbalıyev
8. Ayaz Quliyev
32. Elgün Dünyamalıyev
Baş məşqçi: Vasili Berezutski