
Aleks Serrano ilə yeni müqavilə imzalayan "Turan Tovuz"un nə qədər əlavə xərcə düşdüyü məlum olub.
Bu barədə redaksiyamıza qərb klubundan məlumat verilib.
Bildirilib ki, ispaniyalı legionerlə kontraktı 2026-cı ilin yayınadək uzadan rəhərlik onun məvacibini 3000 dollar artırıb.
Əgər prineyli əvvəl 9000 dollar maaş alırdısa, bundan sonra hər ay bank hesabına 12 min dollar köçürüləcək.
Sözsüz, bu da təsadüfi deyil. "Neftçi"nin Serrano ilə maraqlanması "Turan Tovuz" rəhbərliyini hərəkətə gətirib və daha çox məbləğ ödəməyə məcbur edib.
30 yaşlı yarımmüdafiəçi 2023-cü il iyulun 24-də “Turan Tovuz”a keçib. O, bu sezon 28 matçda 4 qol vurub, 5 asist edib.
Serrano əvvəllər "Hebar", "Qurnik", "Talavera", "Salamanka", "Malyorka" və "Sportinq Xixon"da forma geyinib.
SPORTİNFO.AZ