
- Tural Bayramlını ümumiyyətlə siyahıdan çıxarmısız? Ona güvəniniz yoxdur?
- Xeyr, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur.
- Kraçkovskini də oyunlarda da meydanda görmürük. Səbəbi var?
- Bu, elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir.
- Qışda gətirilən futbolçular ya oynamır, ya da özlərini yaxşı göstərmir. Məsuliyyəti kimin üzərinə atmaq olar?
- Deməzdim ki, uğursuz transferlərdir. Hurtado və Jo sintetik meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir.
Bu dialoq "Səbail"lə görüşdən sonra "TuranTovuz"un baş məşqçisi Kurban Berdiyevlə jurnalistlər arasında yaşanıb.
Təcrübəli mütəxəssis bənzər suallara oxşar yalanlarla cavab verib.
Nə adından utanıb, nə də şan-şöhrətindən.
Sən axı Berdıyevsən...
Əfsanələrin cəm olduğunu "Barselona"nı udaraq dünyaya səs salan Berdiyev.
Sizə yaraşmaz belə ucuz bəhanələri dilə gətirmək.
Cənab Berdıyev, birbaşa istəyimizə heyətə cəlb edilən Tural, Kraçkovski və Orxan kimi yeni transferlərin ehtiyatda qalmasını yüksək rəqabətə bağlamısınız.
Yüksək rəqabət olan yerdə nəticə olar, normal oyun görərik.
Bu gün komanda bərbad futbol, biabırçı nəticələr göstərirsə, hansı rəqabətdən danışırsınız?
Kurtado və Jonun sintetik meydançaya uyğunlaşma problemini qabardırsınız. Məgər bunun da günahı sizdə deyilmi?
Transferinə razılıq verdiyiniz oyunçuya hər tərəfli diqqət yetirməmisiniz?
Axı siz yaxşı bilirdiniz ki, komanda ev oyunlarını və bir neçə səfər matçlarını süni örtüklü meydançada keçirir.
Bunu bilə-bilə niyə belə meydana adaptasiya olmağı bacarmayan əcnəbilərə yanınızda verirdiniz?
Səmimiyyət aclığı yaşayan belə suallar o qədərdir ki...
XANOĞLAN / SPORTİNFO.AZ