
"Turan Tovuz"un bir neçə futbolçusu redaksiyamıza üz tutub.
Onlar komandanın son dönəmlər uğursuz çıxış etməsini daxildə pozulan ab-hava ilə əlaqələndiriblər.
Belə ki, Kurban Berdiyev futbolçular arasında ayrı-seçkilik salır.
Futbolçuların əsas şikayəti isə qış fasiləsindən sonra heyətə cəlb edilən Orxan Əliyev və Rəhim Sadıxovdandır.
Əliyev tez-tez dizini tutaraq məşqlərdə həvəssiz iştirak edir. Tam gücünü sərf etmir.
Sadıxov isə hər dəfə bir bəhanə ilə çalışır ki, məşqlərdə çox yük almasın.
Amma bununla bərabər Berdiyev əksər hallarda yarımmüdafiəçiyə start heyətində yer verir.
Bu da onun komanda yoldaşlarının acığına gəlir.
Avrokuboklara getməyi hədəfləyən bölgə klubu son 5 görüşdə qələbəyə həsrətdir.
SPORTİNFO.AZ