Bölgə klubunun kapitanı Türkiyəyə yollandı

10 Aprel 17:00 Turan 1 229
Bölgə klubunun kapitanı Türkiyəyə yollandı

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Türkiyəyə yola düşüb.

Müdafiəçinin qardaş ölkəyə getmək səbəbi zədəsidir.

Uzun müddətdir zədədən əziyyət çəkən arxa xətt oyunçusu son çarəni xaricdə müalicə almaqda görüb.

Təxminən 3 həftə Türkiyədə qalacaq Əliyevin bütün xərclərini klub üzərinə götürüb.

32 yaşlı futbolçu ötən ilin dekabr ayından yaşıl meydanlara həsrətdir.

Onun üçün mövsümün bitdiyini deyə bilərik.

Şəhriyar bu sezon 17 matçda forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti