
“Turan Tovuz”un Premyer Liqanın XXIX turunda “Səbail”lə matçda (0:0) azarkeşlə qalmaqal yaşayan futbolçusu Veysəl Rzayevə verdiyi cəza məlum olub.
22 yaşlı yarımmüdafiəçi klub rəhbərliyi tərəfindən cərimələnib.
Bayılda baş tutan və oyundan sonra V.Rzayev azarkeşi vurmağa cəhd edib. Nəticəyə etiraz bildirən fanatların sözlərinə əsəbiləşən orta sahə oyunçusu tribunaya qalxıb, bu zaman araya girən polis əməkdaşları olayın böyüməsinin qarşısını alıb.
AFFA İntizam Komitəsi futbolçunu biri şərti olmaqla onu 2 oyunluq cəzalandırıb. “Turan Tovuz” isə 2000 manat cərimələnib.
Klub bu vəsaiti Veysəlin maaşından tutacaq. Üstəlik, daxili nizam-intizam kodeksinə əsasən, o, bu məbləğdən daha artığı qədər cərimələnib.
Rzayevə xəbərdarlıq olunub ki, analoji hal bir daha təkrarlanarsa, müqaviləsinə birtərəfli qaydada xitam veriləcək.
Olayın üstündən günlər keçəsə də, ara əsəblər yenə soyumayıb. Veysəl təhdidlə üzləşib, ondan Tovuza qayıtmaması istənilib.
Bu tələbi kimlər irəli sürüb? «Turan»ın bir qrup azarkeşi.
Onlar oyunçunu bağışlamaq niyyətində deyil. Tovuzda qarşılarına çıxsa, yəqin ki, əlini ona «bulayacaqlar».
Klub rəhbərliyi gözlənilən təhlükədən artıq xəbərdardır. Eyni zamanda, narahatdırlar.
Ona görə də müxtəlif şəxslər vasitəsilə həmin narazı fanatlarla təmas qurmağa, arada barışıq yaratmağa çalışırlar.
Veysəlin hərəkti kollektiv daxilində də birmənalı qarşılanmayıb. O üzdən növbəti insident baş verib.
Qərblilərin iki iki futbolçu dava edib. Faiq Hacıyevin Veysəl Rzayevə irad tutmasıyla başlayan söz-söhbət əlbəyaxa «döyüş»ə keçib.
19-cu dəqiqədə Rüfət Əhmədovun əvəzinə meydana daxil olmuş yarımmüdafiəçi tərəfdarların onların ünvanına səsləndirdiyi iradlara əsəbiləşib və tribunaya qalxaraq, onlara sərt reaksiya verib.
Polislər araya girməsəydi, böyük ehtimalla, azarkeşlər Rzayevi vurub yerə sərəcəkdi. Yaxud da ki, onlarla komanda üzvləri arasında kütləvi dava-dalaş düşəcəkdi.
Faiq Hacıyev də məhz bu olayı nəzərdə tutaraq, Veysəl Rzayevi qınayıb.
Müdafiəçi fanatlarla mübahisə etməyin düzgün olmadığını ona bildirib, bu da Rzayevin xoşuna gəlməyib. Beləcə, tərəflər paltardəyişmə otağında bir-birinə «girib».
Saytımızın bu barədə tirajladığı informasiya, gözlədiyimiz kimi, böyük rezonans doğurub. Klubda çalışan dostlarımız növbəti dəfə redaksiyamızla əlaqə saxlayaraq, olayın təfərrüatı ilə bağlı yeni bilgiləri bizimlə bölüşüb.
Onların bildirdiyinə görə, hadisə anında Kurban Berdiyev paltardəyişmə otağında olmayıb. Baş məşqçi həmin vaxt mətbuat konfransında iştirak edib.
Rusiyalı çalışdırıcının media nümayəndələri ilə görüşməsini fürsət bilən Ehtiram Quliyev futbolçuların görüşünə tələsib. İdarə Heyətinin sədri otağa daxil olanda futbolçular arasında insidentə şahidlik edib.
Hörmətli rəhbər dava-dalaş həddinə çatan oyunçuların hərəkətindən şok yaşayıb, onların cəzalandırılmasına dair tapşırıq verib.
SPORTİNFO.AZ
Həmin görüntüləri təqdim edirik: