Azərbaycan klubunun ən böyük problemi həllini tapır

8 Aprel 20:00 Turan 1 298
Azərbaycan klubunun ən böyük problemi həllini tapır

Tovuz şəhər stadionunda əsaslı təmir işləri aparılacaq.

Örtüyün dəyişdirilməsi bu ilin payız aylarına təsadüf edəcək.

Təbii ki, fors-major hal yaşanmasa. Həmin müddətdə “Turan Tovuz” ev oyunlarının hamısını səfərdə keçirmək niyyətindədir. PFL-dən razılıq alınacağı halda, istək baş tuta bilər.

Ötən ildən nəzərdə tutulan daha bir plan mərkəzi tribuna ilə üzbəüz tribunanın üstünün qapadılması, oturacaq sayının artırılması və tribunanın mərkəzi yol istiqamətindəki alt hissəsində obyektlərin istifadəyə verilməsidir.

Əslində, bu işə çoxdan start verilməliydi. Klub rəhbərliyi müvafiq orqanlara müraciət ünvanlasa da, hələ ki, müsbət cavab almaq mümkün olmayıb.

Səbəb kimi həmin ərazidə piyada səkisinin və avtomobil yolunun tribunaya yaxın olması göstərilir.

“Turan Tovuz” rəsmiləri istəyin baş tutması üçün müxtəlif variantlar irəli sürüb. Çox güman ən qısa zamanda mümkün üsullardan biri işə yarayacaq.

Bu, o deməkdir ki, Tovuz şəhər stadiomu təkcə yenilənmiş meydanı ilə yox, bir çox yenilikləri ilə gündəmə gələcək.

HƏBİB / SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti