
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 29-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra qonaqların 77 nömrəli futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb. “Turan Tovuz” 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klubu 1500 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” 1000 manat cərimə edilib.