
Xəbər verdiyimiz kimi, “Turan Tovuz”da növbəti insident baş verib.
Hadisə «Səbail» ilə qarşılaşmadan sonra yaşanıb.
Belə ki, Premyer Liqanın 29-cu turu çərçivəsində «dənizçilər»in qonağı olan qərblilərin iki iki futbolçu dava edib.
Faiq Hacıyevin Veysəl Rzayevə irad tutmasıyla başlayan söz-söhbət əlbəyaxa «döyüş»ə keçib.
Hadisənin motivi azarkeşlərlə bağlıdır. Rzayev 0:0 bitən matçın final fitinin ardından tovuzlu fanatlarla mübahisəyə girişib.
19-cu dəqiqədə Rüfət Əhmədovun əvəzinə meydana daxil olmuş yarımmüdafiəçi tərəfdarların onların ünvanına səsləndirdiyi iradlara əsəbiləşib və tribunaya qalxaraq, onlara sərt reaksiya verib.
Polislər araya girməsəydi, böyük ehtimalla, azarkeşlər Rzayevi vurub yerə sərəcəkdi. Yaxud da ki, onlarla komanda üzvləri arasında kütləvi dava-dalaş düşəcəkdi.
Faiq Hacıyev də məhz bu olayı nəzərdə tutaraq, Veysəl Rzayevi qınayıb.
Müdafiəçi fanatlarla mübahisə etməyin düzgün olmadığını ona bildirib, bu da Rzayevin xoşuna gəlməyib. Beləcə, tərəflər paltardəyişmə otağında bir-birinə «girib».
Saytımızın bu barədə tirajladığı informasiya, gözlədiyi kimi, böyük rezonans doğurub. Klubda çalışan dostlarımız növbəti dəfə redaksiyamızla əlaqə saxlayaraq, olayın təfərrüatı ilə bağlı yeni bilgiləri bizimlə bölüşüb.
Onların bildirdiyinə görə, hadisə anında Kurban Berdiyev paltardəyişmə otağında olmayıb. Baş məşqçi həmin vaxt mətbuat konfransında iştirak edib.
Rusiyalı çalışdırıcının media nümayəndələri ilə görüşməsini fürsət bilən Ehtiram Quliyev futbolçuların görüşünə tələsib. İdarə Heyətinin sədri otağa daxil olanda futbolçular arasında insidentə şahidlik edib.
Hörmətli rəhbər dava-dalaş həddinə çatan oyunçuların hərəkətindən şok yaşayıb, onların cəzalandırılmasına dair tapşırıq verib.
SPORTİNFO.AZ
Həmin görüntüləri təqdim edirik: