Bölgə klubunda üzlər gülür - Yeni ünvana köç dəqiqləşdi

10 Aprel 19:00 Turan 1 245
Bölgə klubunda üzlər gülür - Yeni ünvana köç dəqiqləşdi

"Turan Tovuz"un Kürdəxanıda inşa edilən təlim-məşq bazasına köç edəcəyi tarix dəqiqləşib.

Klub aprel ayının ikinci ongünlüyündən başlayaraq məşqlərini Kürdəxanıda edəcək.

Klub rəsmiləri və baş məşqçi Kurban Berdiyev bazada olub.

"Qəbələ"dən yaxşı tanıdığımız və Kürdəxanıdakı stadionların ot örtüyünə cavabdeh şəxs olan ingiltərəli mütəxəssis Fil Şarples onlara ətraflı məlumat verib.

Məşq meydançalarının durumu ilə yerində baş tutan tanışlıq ürəkaçan olub.

Qısa müddətdədə futbolçuların burada məşqə çıxmasına qərar verilib.

Xatırladaq ki, Tovuz təmsilçisi ev oyunlarının belə həftəlik hazırlığını Bakıda keçir. Yalnız oyun günləri doğma rayona səfərə çıxır.

Ona görə də Bakı Olimpiya Stadionun ehtiyat meydançasının məlum səbəblərdən bağlanmasından sonra bölgə klubu ciddi çətinliklərlə üz-üzə qalmışdı.

Meydança tapmaq böyük problemə çevrilmişdi.

Bir müddət "Qarabağ"ın Suraxanıdakı bazasına sığınan tovuzlular uzun müddət idi Sumqayıta pənah aparmışdı.

Bir neçə klubun üz çevirdiyi komandanın üzünə "Sumqayıt" rəhbərliyi öz qapılarını açmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti