“Qarabağ” onların “100”ünü korladı, 4:1 “yerə parçaladı”

30 Mart 03:20 Turan 337
“Qarabağ” onların “100”ünü korladı, 4:1 “yerə parçaladı”

Premyer Liqanın XXVIII turu “Turan Tovuz” üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, qərb təmsilçisi turnirdə 100-cü matçına çıxıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda “Qarabağ”a 1:4 hesabı ilə uduzub.

Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.

Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran “Turan Tovuz” 70 top buraxıb.

Premyer Liqada 2022/23 mövsümündə debüt edən Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirib – 0:2.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO