“Turan” qaynar qazana döndü - Berdiyev rəhbərə niyə bu qədər hiddətlənib?

29 Mart 14:00 Turan 3 487
“Turan” qaynar qazana döndü - Berdiyev rəhbərə niyə bu qədər hiddətlənib?

2025-ci il «Turan Tovuz» üçün olduqca pis başlayıb.

Premyer Liqada dördüncü dövrəyə də məğlubiyyətlə start verdilər.

Dünən, yeni klub binasının açılış törəninin keçirildiyi gün «Qarabağ»a uduzdular.

1:4 hesablı yenilgi Kurban Berdiyevi sarsıtdı deyə bilərik. O, matçdan sonra bəzi sualları cavablandırdı.

Adətən, lokonik formada fikirlərini ifadə edən «Baba»nın iki suala verdiyi qarşılıq diqqət çəkməyə bilməz.

- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?
- Buna cavab verə bilməyəcəm

- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz? Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?
- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.

Berdiyev tapmaca söyləyib? Həm «hə» demək olar, həm də «yox».

«Baba»nın «bir ağrı var və təbii ki, bu, mənə də təsir edir» kəlməsi var a, bax, «Turan Tovuz»u içinə alan çöküşün bütün səbəbləri onun arxasında gizlənir.

Onunla rəhbərlik arasında ciddi konflikt mövcuddur. Aylar öncə başlayan «soyuq müharibə» artıq özünün pik mərhələsinə yetişib.

İki tərəf də fürsət və söz düşüncə, bir-birlərinin arxasınca danışır.

Berdiyev onlara ta inanmır. Hətta Səməd Nəsibova da. İdman məsələləri üzrə direktora qətiyyən ürək qızdırmır.

Sadəcə, boş vaxt tapınca, ağ gilas mürəbbəsini qarşısına qoyaraq, oturub çayını içir, digər şəxsləri yaxına buraxmır.

«Baba» bərk məyusdur. Qışda istədiyi legionerləri ona almadılar və bundan ötrü hələ də bikef və qəmgindir.

Komandanın qış fasiləsindən sonra oyununu itirməsini, nəticilərin pisləşməsini başqa səbəblə əlaqələndirmir.

O, komandasında çox az futbolçuya güvənir. Berdiyevin fərdi səhvlərlə bağlı suala cavabından da bəlli olur ki, bütün oyunçuların onun xidmətində dayanmasına şübhə ilə yanaşır.

Yəqin hesab edir ki, onların əksəriyyəti artıq rəhbərliyin «əlinə oynamağa» başlayıb.

Bu, həqiqətən belədirmi?

Bilmirik.

Bildiyimiz hazırda odur ki, Ehtiram Quliyev Rusiyada qazandığı uğurlarla «Turan Tovuz»un üzərində ağırlıq quran baş məşqçinin bir çox qərarından, davranış tərzindən narazıdır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 02:30 Bu liqada 2:5 günü
April
2025
SunMonTueWedThuFriSat