"Bu, mənə də təsir edir" Kurban Berdıyev

28 Mart 22:20 Turan 549
"Bu, mənə də təsir edir" Kurban Berdıyev

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Üçüncü qola qədər ümidimiz var idi. Amma 3-cü qoldan və "Qarabağ"ın əvəzetmələrindən sonra hər şey bitdi.

- Fərdi səhvlər nə vaxta qədər davam edəcək?

- Buna cavab verə bilməyəcəm

- "Qarabağ"a bu mövsüm ilk dəfə məğlub oldunuz. Əvvəlki oyunlarla müqayisədə bu gün nələri edə bilmədiz?

- Oyun intizamı istədiyimiz kimi deyildi. İstək həddindən artıq idi. Bu da müəyyən mənada oyunumuza mane oldu.

Azarkeşləri ümidləndirəcək nəsə deyə bilərsiniz?

- Bir ağrı var və təbii ki, bu, mənə də təsir edir. Təəssüf ki, onları sevindirə bilmirik.

- Artıq rəqib baş məşqçilərin sizin oyun üslubunuzu çözdüyünü demək olar?

- Məsələ taktikada deyil, hər oyunda dəyişə bilər. Məsələ düzülüşdədir. Biz bunu hər oyunda yaxşı edə bilirdik. Bu gün edə bilmədik.

Digər Xəbərlər
Xəbər Lenti