“Qarabağ”la oyundan əvvəl dörd nəfərdən xəbər var

28 Mart 16:30 Turan 611
“Qarabağ”la oyundan əvvəl dörd nəfərdən xəbər var

Dördüncü dövrənin ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Turan Tovuz” meydana itkilərlə çıxacaq.

Komandadakı zədəlilərin vəziyyəti ürəkaçan deyil.

Ötən ilin sonunda ağır zədə alan Denis Marandiçi ən yaxşı halda apreldə məşqlərə start verəcək.

Əməliyyatdan sonra üç ay yaşıl meydanlardan uzaq qalan Roderik Miller bir müddətdir fizioterapevt nəzarəti altında məşq edir. Növbəti həftədən etibarən qaçışa start verəcəyi gözlənilir.

Şəhriyar Əliyevin zədəsi də heç cür sağalmır. 2025-ci ilin startından bu yana meydana çıxmayan kapitan üzləşdiyi vəziyyətdən özü də bezib.

Müalicə yaxşıya doğru gedir, bir az yüklənən kimi ağrılar baş qaldırır. Əliyevin “Qarabağ”la matçı da kənardan izləyəcəyi böyük ölçüdə dəqiqləşib.

Yeganə ümid yeri Jo Batistadır. Qış fasiləsində ölkəmizə təşrif buyuran braziliyalı hücumçunun müalicəsində yaxşıya doğru irəliləyiş müşahidə olunsa da, “Qarabağ”a qarşı forma geyinməsi sual altındadır. Jonun oynayıb-oynamayacağı matç günü bilinəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
March
2025
SunMonTueWedThuFriSat