
28-ci turun açılış oyunu Tovuzda baş tutacaq.
Turnir cədvəlinin liderlik edən “Qarabağ” cari mövsümdə üç oyunun heç birində məğlub edə bilmədiyi “Turan Tovuz”un qonağı olacaq.
Sonuncu qalibiyyətini bir ay əvvəl Şamaxı ilə səfər qarşılaşmasında əldə edən bölgə təmsilçisi qələbəsizlik seriyasına məhz çempionla qarşılaşmada son qoymaq istəyir.
Braziliyalı müdafiəçi Kauan Martinsin Sportinfo.az-a verdiyi inamlı açıqlama ilə tanış olun:
“Bilirəm, “Qarabağ” güclü komandadır, avrokuboklarda mütəmadi iştirak edir, ölkədə çox sevilir. Ancaq məğlubedilməz deyil.
Yanvardakı oyun yadınızdadır? İstək və əzmkarlıq sayəsində onların meydanında qələbə qazanmağı bacarmışdıq.
Həmin komandayıq və iki ay əvvəlki uğuru yenidən təkrarlaya bilərik.
Önəmli olan axmaq səhvlərə yol verməmək və sona saniyəyə qədər döyüşməkdir. Son matçlarda öz diqqətsizliyimiz ucbatından vacib xallar itirmişik”.
Martın 28-də Tovuz şəhər stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.
HƏBİB