“Turan”dan ETİRAF ETDİLƏR: “Uduzduğumuz oyunlar bunun ucbatından oldu”

28 Mart 15:15 Turan 419
“Turan”dan ETİRAF ETDİLƏR: “Uduzduğumuz oyunlar bunun ucbatından oldu”

“Bu ərəfədə həqiqətən pauzaya ehtiyac var idi. Fasilə yerinə düşdü”.

“Turan Tovuz”un legioneri Kauan Martins Sportinfo.az-a açıqlamasında Premyer Liqada yaranmış antakt barədə fikirlərini söyləyib.

12-13 günlük fasilə komandalara müxtəlif cür təsir edəcək. Birinə mənfi, birinə müsbət cəhətdən.

Son üç görüşdə qələbə sevinci yaşamayan Tovuz təmsilçisi bu müddətdən maksimum yararlanmalıdır. Çünki dördüncü dövrədə xal itkiləri yolverilməzdir.

Braziliyalı müdafiəçini dinləyək:

“Uduzduğumuz oyunlar fərdi səhvlərimiz ucbatından olub. Kobud xətalara yol veririk, rəqiblər də bundan maksimum yararlanır.

İndiki məqamda daha çox birlikdə olmağa və daha çox işləməyə ehtiyac var. Xüsusən oyun planında inkişafa nail olmalıyıq.

12-13 gün az müddət deyil. Yaranmış fasilə xeyrimizıə olacaq.

Ümid edirəm ki, dördüncü dövrədə azarkeşlərimiz inamlı və diqqətli “Turan Tovuz” görəcək”.

27 turdan sonra aktivində 43 xal olan Tovuz təmsilçisi dördüncü pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti