
Martın 28-də futbol camiəsi Tovuzda bir araya gələcək.
“Turan Tovuz” – “Qarabağ” qarşılaşmasından bir neçə saat əvvəl stadionda açılış mərasimi baş tutacaq.
“Huner Group”un maliyyə dəstəyi hesabına arenanın ərazisində inşa olunan yeni akademiya binası bir müddətdir hazır vəziyyətə gətirilib.
İnzibati bina sıfırdan tikilib, təmir edilib, inventarlarla təchiz olunub.
Açılış mərasimi daha öncə təşkil olunmalıydı. Lakin klub rəhbərliyi tədbirdə AFFA rəhbərliyinin, müxtəlif qonaqların və jurnalistlərin iştirakını vacib saydığından, mərasim cümə gününə nəzərdə tutulub.
Saat 16:00-da sözügedən açılış baş tutacaq, 19:30-da isə “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının start fiti çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ