
Bu gün Premyer Liqada 12 günlük fasilə başa çatacaq.
"Turan Tovuz" 28-ci tur çərçivəsində "Qarabağ"ı qonaq edəcək.
Bölgə klubu Tovuzda keçiriləcək qarşılaşma üçün Sumqayıtda bir araya gəlib.
Komanda məşqlərini adıçəkilən şəhərdə davam etdirir.
Kurban Berdiyevin yetirmələri liderlə oyuna "Socar Polymer Arena"nın əsas meydançasında hazırlaşır.
28 mart Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 19:30-da veriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ