
“Mən ümid edirəm ki, yekunda onları sevindirə biləcəyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Hayderson Hurtado deyib.
İki ay öncə Azərbaycan karyerası başlayan kolumbiyalı legioner artıq Premyer Liqada 2 qol vurub və qısa müddətdə azarkeşlərin sevgisini qazana bilib.
Cənubi amerikalı hər iki halda komandasının xilaskarı olub. Özü də son dəqiqələrdə vurduğu qollarla.
“Araz-Naxçıvan”la Tovuzdakı matda “Turan”ı qalibiyyətə daşıyan Hurtado “Neftçi” ilə səfər görüşündə də bərabərlik qolunun müəllifi olub:
“Sağ olsunlar, hər zaman yanımızda olurlar. Tək Tovuzda yox, səfər matçlarında da bizə dəstək verirlər.
Fürsətdən istifadə edib, onlara təşəkkürümü çatdırıram.
“Neftçi” ilə oyunda qol buraxmağımıza baxmayaraq, bizi dəstəkləyir, qol vurmağa səsləyirdilər. Çox möhtəşəmdirlər”.