“Turan”da bu nədir belə: Qruplaşma var? - VİDEO

20 Mart 19:00 Turan 434
“Turan”da bu nədir belə: Qruplaşma var? - VİDEO

“Turan Tovuz”un son üç oyunda qələbə üzünə həsrət qalması azarkeşlərin səbr kasasını daşırıb.

“Sumqayıt”a məğlubiyyətdən sonra heç cür özünə yer tapa bilməyən tovuzlu fanatların kəskin narazılığını anlamaq çətin deyildi.

Baş məşqçi Kurban Berdıyevə yönələn tənqidlərin bir hissəsi meydanda varlığı ilə yoxluğu bilinməyən futbolçulara idi.

Hakimin final fitindən sonra Hayderson Hurtado, Araş Qadiri, Kristian da Silva, Alexandro Serrano xaric, digər legionerlər paltardəyişmə otağının yolunu tutsa da, Ayxan Hüseynov, Xəyal Nəcəfov, Sadiq Quıliyev və daha bir neçə yerli futbolçu tribunanın önünə gəldi.

Ayxan əlini sinəsinə qoyub havaya qaldırmaqla yenilgiyə görə üzr istədi. Xəyal fanatların tənqidlərinin qarşısında susmaq yolunu seçdi. Hətta səs tonunu qaldırıb kəskin irad bildirənlərə də cavab vermədi.

Həmin ərəfədə digərləri paltardəyişmə otağında yuyunmağa duş axtarırdı. Çünki qələbədən sonra tribunaların önündə sinəsini qabağa verib fotosessiya həvəsinə düşənlər yenilgidən sonra gizlənmək üçün siçan deliyi axtarır.

Ortada isə həmişə kimi 7-8 nəfər qalır.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 08:00 Azərbaycana yaz gəldi
March
2025
SunMonTueWedThuFriSat