Berdıyev tovuzluları hiddətləndirdi! O, hara gəldiyini hələ anlamayıb? - VİDEO

18 Mart 21:00 Turan 343
Berdıyev tovuzluları hiddətləndirdi! O, hara gəldiyini hələ anlamayıb? - VİDEO

“Turan Tovuz”un son nəticələrlə avrokuboklara vəsiqə şansını risk altına salması azarkeşləri özündən çıxarıb.

Tovuzlu futbolsevərlər mövcud vəziyyətlə barışa bilmir.

Qeyri-sabit nəticələr öz yerində, xüsusən komandanın sərgilədiyi futbol adamlarda qəzəb yaradıb.

Tənqid dalğasına tuş gələn baş məşqşi Kurban Berdıyev və əsasən üç futbolçudur - Rəhim Sadıxov, Araş Qadiri və İsmayıl Zülfüqarlı.

Komanda Premyer Liqanın 27-ci turunda “Sumqayıt”a məğlub olan (1:2) gün stadiona toplaşanlar özlərinə yer tapa bilmirdi.

Bir qrup azarkeş 86-cı dəqiqədən etibarən tribunaları boşaltmaqla diqqət çəkdi. Yerdə qalanlar isə etirazını yerli futbolçulara bildirməklə əsəblərini soyutmağa çalışdı.

Bir şey dəqiqdir, qərb təmsilçisi növbəti turda öz meydanında “Qarabağ”a da məğlub olsa, azarkeşlərin qarşəsında dayanmaq mümkün olmayacaq.

Berdıyevə hara gəldiyini göstərməyin vaxtı çatıb. Hər halda bunu özləri belə deyirdi.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi