Putinin dostu Azərbaycan klubuna külli miqdarda büdcə ayırdı

18 Mart 13:00 Turan 1 235
Putinin dostu Azərbaycan klubuna külli miqdarda büdcə ayırdı

Azərbaycanlı milyarder İlham Rəhimovun adı yenidən «Turan Tovuz»la yanaşı hallanmağa başlayıb.

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan iş adamının kluba maliyyə dəstəyi göstərməsi yönündə informasiyalar yayılıb.

İddiaya görə, məşhur biznesmen doğma rayonunun təmsilçisinə büdcə ayırıb.

Həmin vəsait konkret olaraq Kurban Berdiyevitn yolunda xərclənilir. Belə ki, ötən ilin iyununda komandanın başına keçmiş rusiyalı mütəxəssisin aldığı illik məvacibin önəmli bir hissəsi onun tərəfindən qarşılanır.

«Rubin»in sabiq çalışdırıcı «Turan Tovuz»la 2+1 illik müqavilə imzalayıb. Onun bir mövsüm ərzində qazancı 850 min dollar təşkil edir.

Xəbərlərə inansaq, İlham Rəhimov 73 yaşlı baş məşqçinin alacağı pulun 500 min dollarını öz üzərinə götürüb. Qalan məbləğ isə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin üzərinə düşüb.

Hazırda onunla Berdiyev arasında münasibətlər soyuqdur. «Baba» ləqəbli çalışdırıcı Quliyevələ «soyuq müharibə» ab-havası yaradıb.

Sədr komandanın son həftələrdəki çıxışından və göstərdiyi oyundan narazıdır. Di gəl, o, öz şikayətini Berdiyevə söyləyə bilmir.

Giley-güzarını yalnız klub funksionerlərinə edir.

Hörmətli Ehtiram bəy idarəçilərə də baş məşqçiyəə ehtiyatla yanaşmağı tapşırıb. İdman direktoru Səməd Nəsibov konkret olaraq ondan belə bir göstəriş alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi