“Turan”da Berdiyev problemi: Ehtiram Quliyev niyə onu istefaya göndərmir? - VİDEO

14:40 Turan 386
“Turan”da Berdiyev problemi: Ehtiram Quliyev niyə onu istefaya göndərmir? - VİDEO

“Son dövrlərdə eşitdiklərimiz, təəssüflər olsun ki, alınan nəticələrdə öz əksini tapır.

Söhbət “Turan Tovuz”dan gedir.

Komandanın baş məşqçisi Kurban Berdiyevin futbolçularla münasibətləri heç yaxşı deyil. Xüsusilə yerlilərə qarşı qeyri-səmimilik narahatlıq yaradır.

Prinsipial matçlarda taktiki məğlubiyyət, avrokubok şansının getdikcə təhlükəyə düşməsi ciddi SOS-dur! Vədə yetişib.

Ehtiram Quliyev başqan olaraq komandaya hər şey etməyə hazırdır. Onun bu səmimiliyindən sui-istifadə heç yaxşı hal deyil.

Təklifim Berdiyevlə yolları ayırıb, geridə qalan periodda yerli məşqçilərlə işi sona çatdırmaqdır”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist “Turan Tovuz”un Premyer Liqanın 27-ci turu çərçivəsində evdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzmasına dair şərhlər verib, bölgə klubunda cərəyan edən hadisələrə münasibət bildirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...