Premyer Liqa klubunun rəhbərliyini yüksək maaş tələbi ilə SİLKƏLƏDİLƏR!

12:20 Turan 582
Premyer Liqa klubunun rəhbərliyini yüksək maaş tələbi ilə SİLKƏLƏDİLƏR!

Premyer Liqada mövsüm son fazaya yaxınlaşdıqca, «Turan Tovuz»ı «qaynar qazan»a çevirmək istəyənlər artmaqdadır.

Bunu etməyə çalışanlar kənar şəxslər deyil.

Onlar düşərgədə yer alanların özləridir.

Qərb təmsilçisinin 31 illik aradan sonra avrokuboklara bu qədər yaxın olduğu bir dönəmdə bəzi futbolçular maaş davasına çıxıb.

Klubdan redaksiyamıza verilən məlumata görə, onlar əməkhaqlarının artırılması tələbsi ilə idarəçilərin qapısını döyüb.

Bu siyahıa həm yerli, həm də əcnəbi oyunçular daxildir. Gələn mövsümü burada keçirmək üçün indidən öz şərtlərini irəli sürüblər.

Bildiriblər ki, əgər maaşları qaldırılmasa, yayda başqa yerə gedəcəklər.

Bəribaşdan xəbərdarlıq ediblər ki, digər komandalardan sərfəli təkliflər alıblar və ayrılıq qərarı versələr, bundan yalnız «Turan» əziyyət çəkəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti