Bölgə klubunun “ürəy"i onları gözləyən təhlükəni açıqladı: “Bu, bizə çətinlik yaradacaq”

17:45 Turan 168
Bölgə klubunun “ürəy"i onları gözləyən təhlükəni açıqladı: “Bu, bizə çətinlik yaradacaq”

Avrokuboklara vəsiqəyə iddia edən “Turan Tovuz” növbəti sınaq qarşısındadır.

Qərb təmsilçisi Premyer Liqanın 27-ci turunda öz meydanında “Sumqayıt”ı qəbul edəcək.

Tovuzluların heyətində zədəli Şəhriyar Əliyev, Denis Marandiçi, Roderik Miller və cəzalı Emmanuel Hakman meydana çıxmaqdan məhrumdur.

Daha bir maraqlı məqam isə sumqayıtlıların ötən tur 11 oyunluq qələbəsizlik seriyasına son qoyub, “Kəpəz”i 3:0 hesabı ilə məğlub etməsidir.

Gərgin qarşılaşmadan öncə Sportinfo.az-a açıqlama verən bölgə təmsilçisinin “ürəyi” - ispaniyalı yarımmüdafiəçi Alexandro Serrano oyunla bağlı fikirlərini söyləyib:

“Sumqayıt”ın məğlubiyyətləri bizi çaşdıra bilməz. Bu komanda çempionatda ən yaxşı futbol göstərənlərdən biridir.

Əzmkar, taktiki baxımdan ağıllı oynayan, keyfiyyətli futbolçuları var. Hamı gördü ki, “Kəpəz” kimi rəqibin qapısına 3 qol vurmağı bacardılar.

Öz azarkeşlərimiz önündə çıxış etməyimizə baxmayaraq, süni örtükdə oynayacağıq. Bu, hər iki komandaya çətinlik yaradacaq.

Lakin məqsədimiz dəyişməz qalır – qalib gələrək xallarımızın sayını artırmaq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Martın 16-da Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti