Berdiyev “Turan”da bezib - Bura gəlməyinə niyə peşmandır?

15:00 Turan 496
Berdiyev “Turan”da bezib - Bura gəlməyinə niyə peşmandır?

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev Azərbaycanda çalışmaqdan yorulub.

Bu barədə klubdan saytımıza məlumat daxil olub.

Bildirilib ki, ötən ilin iyununda işə başlamış rusiyalı mütəxəssis Premyer Liqada fəaliyyət göstərməyin çətinliyini etiraf edib.

Qərb təmsilçisi ilə 2+1 illik müqavilə imzalamış 73 yaşlı «Baba» funksionerlər və köməkçiləri ilə söhbətində giley-güzarını dilə gətirib.

Berdiyev Rusiyada «Rubin»lə iki dəfə çempion olduğu illərdə belə, iş prosesində bu qədər çətinlik çəkmədiyini söyləyib.

Özünü burada rahat hiss etməyən “Baba” deyib ki, çoxsaylı problemlərlə üzləşəcəyini bilsəydi, “Turan Tovuz“un təklifinə müsbət cavab verməzdi.

O, bəzən işini yarımçıq buraxıb Rusiyaya dönmək fikini nəzərdən keçirdiyini də gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti