İspan “Neftçi”nin “məbəd”i barədə nə dedi? - “Zövq aldım”

14 Mart 20:00 Turan 313
İspan “Neftçi”nin “məbəd”i barədə nə dedi? -  “Zövq aldım”

“Bakıya 3 xal dalınca gəlmişdik, lakin məlum hadisədən sonra 1 xal da yaxşı nəticə sayılmalıdır”.

“Turan Tovuz”un ispaniyalı futbolçusu Alexandro Serrano Sportinfo.az-a açıqlamasında “Neftçi”ylə oyunu şərh edib.

Qərblilər hər nə qədər 3 xal barədə düşünsə də, Emmanuel Hakmanın 18-cı dəqiqədə qırmızı vərəqə alması komandasını çətin duruma saldı.

Son 7 dəqiqəyə qədər qapılara qol vurulmadı. 88-ci dəqiqədə Sambu “ağ-qaralar”ı hesabda önə çıxardı, 90+5-ci dəqiqədə Hurtado komandasını məğlubiyyətdən xilas etdi.

Yarımmüdafiəçi çətinlik çəkdiklərini giizlətməyərək, meydanı xalla tərk etməyin səbəbini göstərdikləri xarakterlə əlaqələndirib:

“Azlıqda qalandan sonra əsas diqqəti müdafiəyə ayırdıq. Çünki başlıca məqsəd qol buraxmamaq idi. Ona görə də fiziki baxımdan müəyyən çətinliklərlə üzləşdik.

Düzdür, sona yaxın qol buraxdıq. Lakin bu dəfə də xarakter göstərməklə lazım olan qolu vurduq.

1 xal bəlkə də turnir cədvəli baxımından yaxşı olmadı. Etiraf edim ki, rəqib meydanında 70 dəqiqə 10 nəfərlə oynayan komanda üçün yaxşı nəticədir”.

İspan yarımmüdafiəçi oyun barədə danışarkən “Neftçi Arena”ya tərif yağdırıb:

“Hakman meydanı tərk edəndə ruhdan düşməməyimiz vacib idi. Əksinə, toparlanmalı, daha çox qaçmalı və mübarizə aparmalıydıq.

Hər nə qədər çətin olsa da, başımızı dik tutduq və Hakman üçün döyüşdük. “Neftçi Arena”da oynamaq həm çətin, həm də maraqlıdır.

Bura Azərbaycanın ən yaxşı stadionlarından biridir. Həm ab-hava xoş olur, həm də təbii örtüyün durumu yaxşıdır. Bu atmosferdən zövq aldığımı deyə bilərəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 11:00 Gördüzmi bunu?
14 Mart 10:40 4 qol - VİDEO