Son anda “Neftçi”yə qol vuran: “İçimdə hiss var idi ki…”

16:40 Turan 285
Son anda “Neftçi”yə qol vuran: “İçimdə hiss var idi ki…”

“Turan Tovuz” Bakı səfərindən xalla döndü.

Qərb təmsilçisi 18-ci dəqiqədən azlıqda oynamasına baxmayaraq, “Neftçi”yə uduzmadı.

Meydan sahibləri 88-ci dəqiqədə hesabı açsa da, final fitinə saniyələr qalmış Hayderson Hurtado komandasını məğlubiyyətdən xilas etdi.

Yeri gəlmişkən, bu, kolumbiyalı mərkəz müdafiəçisinin “Turan Tovuz”un heyətində meydana çıxdığı dördüncü oyunda ikinci qolu kimi yadda qaldı.

Sportinfo.az-a açıqlama verən Hurtado qolu kimə həsr etdiyini deyib:

“Çox çətin oyun oldu. Xüsusən sonluq maraqlı alındı.

Azlıqda qalmağımıza baxmayaraq, rəqiblə layiqincə mübarizə apardıq, təslim olmadıq. Əzmkarlıq göstərdik və bəhrəsini gördük.

Düzdür, sona yaxın qol buraxdıq. Ancaq buna üzülmədik.

İçimdə hiss var idi ki, bərabərlik topunu vuracağıq. Komandamın vacib qoluna imza atsam da, özümü qəhrəman saymıram.

Qəhrəman bütün komandadır. Vurduğum qolu dünyasını dəyişmiş oğluma həsr edirəm”.

Hayderson ölkəmizə gələnə qədər Braziliyada “Genus”, “Kaskavel”, PSTC, “Parana”, “Azuriz” klublarında çıxış edib, Slovakiyada “Sened” və “Skalica”da, Çexiyada “Yablonets”də legioner həyatı yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti