
Sportinfo.az Premyer Liqanın 26-cı turunda “Neftçi” ilə 1:1-lik bərabərliyə imza atan “Turan Tovuz”un kolumbiyalı yeni müdafiəçisi Hayderson Hurtadonun müsahibəsini təqdim edir:
– “Neftçi” ilə matçın son dəqiqələri dramatik alındı. Matçı ümumi necə şərh edərsən?
– Bu oyunu bir sözlə şərh edə bilərəm – əzmkarlıq. Biz yüksək konsentrasiya ilə oynadıq.
– Komandanı məğlubiyyətdən xilas etdin. Buna görə ayrıca sevinirsən?
– Bu qolu vurduğuma görə çox şadam.
– Bu heç-heçəni qələbəyə bərabər saymaq olar?
– Bizim üçün bu heç-heçə qələbə dadı ilə oldu. Kollektivimizə və azarkeşlərimizə öz minnətdarlığımı bildirirəm.
– Avrokuboklara yollanmaq şansınızın azaldığını düşünmürsən? Bacaracaqsız?
– Əminəm ki, avrokuboklara getməyə imkan qazanacağıq. Bunun üçün hər gün işləyirik. Başqa komandaların necə çıxış etməsindən asılı olmayaraq öz işimizi görməliyik.
– Növbəti oyununuz evdə “Sumqayıt”a qarşı olacaq. Rəqibin uğursuz çıxışını nəzərə alaraq evdə qələbə qazanacağınızı demək olar?
– Biz hər rəqibə ciddi yanaşmalıyıq. Gələn günlər ərzində bu oyuna hazırlaşıb, qələbə qazanmaq üçün meydançaya çıxacağıq.