
"Turan Tovuz"un Premyer Liqada növbəti məğlubiyyəti 25-ci tura təsadüf etdi.
Bölgə klubu doğma meydanda "Zirə" ilə bacarmadı - 0:2.
Qələbə qazana bilməmək bir kənara, meydanda göstərilən futbol yerli publikanı daha çox narahat etdi.
Həm də elə klub rəhbərliyini.
Matçdan sonra əsəbi görünən İdarə Heyətinin sədri Ehtiram Quliyev yaxın ətrafına baş məşqçi Kurban Berdiyevdən şikayət edib.
Paltardəyişmə otağına getməyə cəsarəti çatmayan rəhbər şəxs ürək sözlərini digər klub rəsmilərinə boşaldıb.
Məzmunsuz oyundan şikayətçi olub, azarkeşlərin belə futbolu haqq etmədiyini dilə gətirib.
Bu tərzdə avrokuboklara getməyin mümkünsüz olduğunu deyib.
Qışda edilən çox sayda transferin bir işə yaramadığını isə xüsusi qabardıb.
SPORTİNFO.AZ