Kurban Berdiyev bu adları "Turan"a hansı gün üçün dəvət edib? – “QARA(NLIQ) SİYAHI”

6 Mart 21:00 Turan 330
Kurban Berdiyev bu adları "Turan"a hansı gün üçün dəvət edib? – “QARA(NLIQ) SİYAHI”

"Turan Tovuz"un qeyri-sabit çıxışı davam edir.

Bölgə klubu bu dəfə "Zirə" ilə bacarmadı.

Tovuzluların matçdan gözləntiləri böyük idi.

Niyə də olmasın?

Qələbə təqdirində "Turan" medalçılar sırasında olmaq üçün iri addım atmış olacaqdı.

Amma 90 dəqiqə Berdiyevin kollektivində bu istəyi görmədik.

Nə buraxılan erkən qol, nə də ikinci qol onları yuxudan ayıltmadı.

Azarkeşlərin hücumda olmaq, inamlı oynamaq tələbi, hayqırtısı da bir işə yaramadı.

Belə olmasaydı matç ərzində təsəlli qolunu vurmaq bir yana, heç olmasa 1 normal real qol imkanlı əldə olunardı.

Bu dəfə duran toplar da meydan sahiblərinin dadına çatmadı.

Rəşad Sadıqov rəqibinin bu silahına qarşı yaxşı hazırlıq gördüyü açıq-aydın hiss olunurdu.

Belədə B variantı işə düşməliydi. Məsələn, oyun epizodundan qonaqların müdafiəsini yarmaq çarə ola bilərdi. Onu da görmədik. "Turan" futbolçuları bir nəticə hasil edə bilmədikcə, israrı da davam edirdi. Ən yaxşı halda mərkəz xəttində 2-3 ötürmə olur, ardınca yenə top cərimə meydançasına havalandırılırdı.

Berdiyev də yolunda getməyən gedişata müdaxilə etməkdə aciz qaldı.

Halbuki əlinin altında kifayət qədər material vardı.

Orxan Əliyev, Joarlem Santos, Anton Kraçkovski kimi adlar ehtiyat skamiyada yer alırdı.

Əgər irəli xətt oyunçuları belə gündə də "Turan"a kömək etməyəcəkdisə, qışda külli miqdarda pul xərcləyib onları gətirmək nəyə lazım idi?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti