
Deyəsən, Ehtiram Quliyevin «Turan Tovuz»dan əli soyuyub.
İdarə Heyətinin sədri bir müddətdir komanda ilə münasibətlərinə ara verib.
Bu barədə saytımıza ona yaxın şəxslərdən biri bildirib. Qeyd edib ki, iş adamı baş məşqçinin işindən və futbolçuların oyunundan n
arazıdır və yaratdığı şəraitin qarşılığında daha yaxşı nəticələr gözləyir.
Sədrin Kurban Berdiyevin oynatdığı futbolu bəyənmədiyini söyləyən müsahibimiz deyib ki, o, «Şamaxı» ilə Premyer Liqanın 24-cü turunda keçirilən səfər oyununa (0:1) da yollanmayıb.
Məlumatı verən şəxs hörmətli Quliyevin «Qarabağ»la görüş istisna olmaqla, bundan əvvəlki bir neçə matçdan sonra da paltardəyişmə otağına enmədiyini xatırladıb.
Halbuki, birinci şəxs 2023-cü ilin yazından – klubu himayəsinə götürdüyü zamandan ta son vactlara kimi mütəmadi olaraq komanda üzvləri ilə görüşür, onlarla söhbət edirdi. İndi isə bir qədər kənara çəkilib və incimiş kimidir.
Görünür, AFFA ilə münasibətlərdə əmələ gələn ciddi gərginlik də Ehtiram bəyə mənfi təsir edib.
«Şamaxı» ilə matçdan öncə yaxın adamı Nəsimi Paşayevin təqdimatı əsasında hazırlanan və qısa müddətdə klubun əleyhinə çevrilən bəyanata federasiyanın redaksiyası onun üçün heç də gözlənilən olmayıb.
Sədr düşünürmüş kimi, AFFA bundan öncəki bəyanatlara sakit qaldığı kimi, bu dəfə də sükuta dalacaq, oyunun şəffaf keçiriləcəyinə dair şübhələrin yer aldığı açıqlama cavab verməyəcək.
Hər şey tam əksinə oldu - qurumun İntizam Komitəsi «Turan Tovuz»u şübhələrə əsas gətirməməsi səbəbindən 20 min manat cərimə kəsdi. Təbii ki, tamamilə haqlı şəkildə!
SPORTİNFO.AZ