“Bildiyim bir şey var, nə olacaqsa, olacaq” - İvan “resept”i bizdən gizlətmədi!

26 Fevral 16:40 Turan 586
“Bildiyim bir şey var, nə olacaqsa, olacaq” - İvan “resept”i bizdən gizlətmədi!

Avrokuboklara iddia edən “Turan Tovuz” hələ ki, bu yolda inamla irəliləyir.

Qərblilər turnir cədvəlinin 4-cü pilləsində yer alıb ki, özündən öndə qərarlaşan “Zirə” və “Araz-Naxçıvan”la xal fərqi elə də çox deyil.

Məlumdur ki, medallar uğrunda mübarizənin taleyinə bu komandaların şəxsi görüşlərində aydınlıq gələcək.

Maraqlıdır, komandanın rusiyalı qapıçısı İvan Konovalov mövsümün yekununu necə təsəvvür edir? Ən pis halda hazırkı yeri qoruyub-saxlamaq mümkün olacaq?

İvan bu barədə Sportinfo.az-a danışıb:

“Heç vaxt hadisələri qabaqlamağı xoşlamamışam. İstər futbolda olsun, istərsə də gündəlik həyatda.

Bildiyim bir şey var, nə olacaqsa, olacaq.

Bizim işimiz nədir? Rəqibin adından asılı olmayaraq, hər matçdan qələbə ilə ayrılmaq.

Bunu bacarsaq, istəyimizə çatacağıq və digər oyunların nəticələri önəm daşımayacaq. Hər şey öz əlimizdədir. Məqsədimizə çatmaq üçün qələbələri sıralamalıyıq.

Tək biz yox, əksər komandalar avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, yekunda avrokuboklara vəsiqə qazanacağıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti