“İnanılmaz dərəcədə sevinc içindəyəm, söz tapa bilmirəm”

18 Fevral 20:40 Turan 557
“İnanılmaz dərəcədə sevinc içindəyəm, söz tapa bilmirəm”

“Qarabağ”la oyundan sonra qələbə qazana bilmirdik. Bu qalibiyyət bizə çox lazım idi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Emanuel Hakman deyib.

Bölgədə “Araz-Naxçıvan”la baş tutan qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə başa çatsa da, ikinci yarının əvvəlində Naxçıvan təmsilçisinin azlıqda qalması meydan sahiblərinin əl-qolunu açdı.

Sona yaxın Hayderson Hurtadonun başla vurduğu qol tovuzlulara hava-su kimi vacib olan 3 xalı qazandırdı.

Komandanı meydana kapitan qismində çıxaran Hakman keçirdiyi oyunun gedişatı hislər barədə bunları deyib:

“Fikrimcə, hər iki komandanın qol vurmaq, qələbə qazanmaq şansları var idi. Xüsusən rəqib azlıqda qalandan sonra üstünlük tam olaraq tərəfimizdə idi.

Qələbəni çox istəyirdik və bunun üçün əlimizdən gələni etdik. “Araz-Naxçıvan” uduzsa da, həqiqətən yaxşı təşkilatlanmış keyfiyyətli komandadır.

Bu cür oyundan və qələbədən sonra keçirdiyim hisləri sözlə ifadə etmək çətindir. İnanılmaz dərəcədə sevinc içindəyəm, söz tapa bilmirəm.

Bu gün qələbə sevinci ilə yaşayıb, sabahdan etibarən bu günü unudaraq qarşıdakı matça hazırlaşmalıyıq.

39 xalla 4-cü pillədə yer alan “Turan Tovuz”un səfərdəki növbəti rəqibi “Şamaxı”dır.

Fevralın 23-də keçiriləcək oyun saat 14:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti