
Bölgədə keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” qarşılaşmasından əvvəl maraqlı olay yaşanıb.
Mərkəzi tribunalarda yer alan tovuzlu azarkeşlər hakim idarəçiliyinə etiraz ediblər.
Fanatlar referinin start fitindən əvvəl öncədən bəyan etdikləri kimi, arxalarını meydana çevirib sevimli komandasının adını səsləndiriblər.
Bunu etməkdə məqsəd hakimlərin “Turan Tovuz”un matçlarında yol verdiyi səhvlərdir.
“Ultras Turan” azarkeş qrupunun təşəbbüskarı olduğu etiraza arenaya gələn bütün tovuzlu tamaşaçılar qoşulub.
Eyni zamanda azarkeşlər üzərində “ədalətli hakimlik istəyirik” yazılmış pankart da açıblar.
Bildirək ki, 22-ci turun “Sabah” - “Turan Tovuz” oyunundakı(2:1) idarəçilikdə müəyyən səhvlər qeydə alınmışdı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN