
"Turan Tovuz" Premyer Liqanın 22-ci turunda "Sabah"la matçdakı hakim qərarlarına etiraz edb.
Bölgə təmsilçisi matçdan futbolçularına qarşı qayda pozuntulaının olduğu anların videosunu yayımlayıb.
Sözügedən oyunun baş hakimi İnqilab Məmmədov, VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Eyyub İbrahimov olub.
Qərb klubu Jo Batstanın sayılmayan qolu və digər epizodlara aid paylaşımda qərəzə uğradıqlarını iddia edib.
"Turan Tovuz"un reaksiyası ATV kanalında yayımlanan "Futbolumuz" verlişində müzakirəyə çıxarılıb.
Aparıcı Ceyhun Rzayev narazı tərəfin VAR-ın qərarına inanmadığını bildirib.
Ekspert Emin Abbasov isə "3D" qrafiki tətbiq olunmayana kimi bu kimi şübhələrin ayaq açıb yeriyəcəyini söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN