Bu rayonda iddialı komandaları izləməyin haqqı – 2 manat

15 Fevral 08:20 Turan 475
Bu rayonda iddialı komandaları izləməyin haqqı – 2 manat

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 23-cü turu çərçivəsində keçiriləcək oyunun biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.

2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

"Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşması 16 fevralda, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti