Rəhbər razılaşdı, baş məşqçi yox - İkisindən birini də göndərmədi

12 Fevral 21:00 Turan 355
Rəhbər razılaşdı, baş məşqçi yox - İkisindən birini də göndərmədi

«Turan Tovuz» iki yerli futbolçusunu icarəyə verməkdən son anda imtina edib.

«Kəpəz» rəhbərliyi Veysəl Rzayevlə Ayxan Hüseynovun xidmətinə maraq göstərib və bu məqsədlə qonşu rayondan olan həmkarlarına müraciət ünvanlayıb.

«Sarı-göylər»in adıçəklən yarımmüdafiəçiləri 4 ay müddətinə sıralarına qatmaq planına Kurban Berdiyev mane olub.

Baş məşqçi Rzayevlə Hüseynovu əsas heyət üzvü kimi görməsə də, onları Sadıq Şəfiyevin ardınca Gəncəyə göndərməyə razılaşmayıb.

Baxmayaraq ki, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev bu anlaşmanın əleyhinə çıxmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 11:20 Bu da səndən ötrü!