![Azərbaycana gəlməkdən ötrü dil tökdü, böyük pul aldı](https://www.sportinfo.az/media/2025/02/10/fcaecfbwyaihdxi1738997779.jpg)
Hayderson Hurtado Palominonun transferinin “Turan Tovuz”a neçəyə başa gəlməsi məlum olub.
29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlayan qərb klubu kifayət qədər böyük xərcə düşüb.
Premyer Liqa mənsubu cari mövsümün sonunadək ona hər ay 7000 dollar əməkhaqqı ödəyəcək. Növəti iki sezonda isə bu məbləğ tədricən artırılacaq - 10 min dollara kimi.
Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı yerli “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. Son olaraq “Yablonets”in formasını geyinib.
Cənubi amerikalı legioner hələ ötən ilin yayında Azərbaycana gəlməli imiş. Tərəflər arasında danışıqlar o vaxtdan bəri davam edirmiş.
Sadəcə, Çexiya klubu həmin vaxt Haydersonu buraxmaq istəməyib, təzminat tələbi irəli sürüb.
Kolumbiyalı “Turan Tovuz”un ona görə pul ödəmək istəmədiyini görüncə, özü qollarını çırmalayıb, “Yablonets” rəhbərliyinə dil töküb və gec də olsa, oradan ayrıla bilib.
SPORTİNFO.AZ