"Danışmağın mənası yoxdur" - Berdiyev

9 Fevral 19:30 Turan 654
"Danışmağın mənası yoxdur" - Berdiyev

"İkinci hissənin ilk 15 dəqiqəsinə toparlanmış vəziyyətdə çıxa bilmədik. Bu da iki qol buraxmağımızla nəticələndi. Sonradan isə nəyisə düzəltmək artıq çətin oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Ayxan Quseynov və Xəyal Nəcəfovu matçın 85-ci dəqiqəsində meydana buraxdınız. Onları meydana daha tez buraxmaq olmazdı?

- Tez də buraxa bilərdik. Amma başqa şeylər də düşünürdük. Belə alındı.

- "Sabah" sizin üçün nədə sürpriz etdi?

- İlk olaraq biz rəqibə ikinci toplarda uduzduq. İkinci qolu buraxdığımız ana gəldikdə, Rəhim Sadıxovun butsısı çıxmışdı, hakimlə uzun mübahisə oldu. Ona fit vermədilər. Uzun mübahisə oldu, rəqib isə dərhal oynadılar və qollarını vurdular.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Nəsə deməyimlə nəsə dəyişəcəksə, başqa məsələ. Mənim dediklərimlə heç nə dəyişməyəcəksə, danışmağın mənası da yoxdur. Artıq yoruldum deməkdən ki, Jo Batiştanı əlləri ilə tuturlar, imkan vermirlər oynamağa. Lakin hakim fitini səsləndirmir.

Digər Xəbərlər
Xəbər Lenti