COP29

"Qapıçıyam, bunu bəlkə də daha çox mən hiss edirəm"

6 Fevral 23:00 Turan 167
"Qapıçıyam, bunu bəlkə də daha çox mən hiss edirəm"

«Çox mükəmməl azarkeşlərimiz var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un qapıçısı Sergey Samok deyib.

2024-ci ilin yayında Azərbaycana gələn rusiyalı legioner bildirib ki, Tovuzda möhtəşəm azarkeş dəstəyinin qarşısında oynamağın əlavə üstünlüyü var:

«Oyun vaxtı ab-havanı hiss etməyə imkan olur. Hər qarşılaşmada tribunaları doldururlar.

Tribunada azarkeş çox olanda, futbolçuların qələbə əzmi və məsuliyyət hissi daha da artır.

Qapıçıyam deyə, onların dəstəyini bəlkə də daha çox mən hiss edirəm.

Hər birinə təşəkkür edirəm. Bu cür atmosferdə oynamaq həqiqətən zövq verir».

Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...