COP29

“Turan”da yeni “gərginlik ocağı” yarandı - O, Berdiyevin “sağ əl”ini günahlandırdı

5 Fevral 21:00 Turan 333
“Turan”da yeni “gərginlik ocağı” yarandı - O, Berdiyevin “sağ əl”ini günahlandırdı

«Turan Tovuz»da yeni gərginlik baş qaldırıb. Bu dəfə Araş Qaderi ön plana çıxıb.

Klub rəhbərliyinin müqaviləni qarşılıqlı razılıq əsasında pozmaqla bağlı təklifini rədd edən iranlı legioner aranı qatıb.

Kurban Berdiyevin istəyi ilə ötən ilin yayında Arazın o tayından gəlmiş müdafiəçi məşqçi korpusunu bir-birinə vurub.

1998-ci il təvəllüdlü arxa xətt oyunçusu baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi Yevgeni Erlixi hədəf seçib.

Qaderi klub funksionerləri ilə mübahisəsi zamanı Berdiyevin yardımçısının adını çəkib, iddia edib ki, burada özünü göstərə bilməməsinin səbəbkarı odur.

İranlı müdafiəçi futbolçuları fiziki cəhətdən çox «yükləyir», bu da digərləri kimi, onun da optimal forma yığmasına mane olur.

Sabiq «Traktor»çu düşərgədəki əksər oyunçuların Erlixlə işləmək istəmədiyini, Berdiyevin isə onların fikirlərinə məhəl qoymadığını söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 19:30 Çək və bizə göndər!
5 Fevral 04:00 Qazanan "Naxçıvan"dır
5 Fevral 03:00 Bunu da Tovuzda etdilər