“Turan Tovuz”dan ayrılan Otto Con sosial şəbəkədə paylaşım edib.
Sportinfo.az xəbər verir ki, Liviyada “Əl-Mədinə”yə keçən nigeriyalı hücumçu bunları yazıb:
"Klub rəhbərliyinə təşəkkür edirəm. Çox sağ olun!
Məşqçilərə, komanda yoldaşlarıma və təbii ki, heyrətamiz azarkeşlərə: möhtəşəm müalicəyədəstəyə və “Turan Tovuz” ailəsinin bir parçası olduğunuza görə təşəkkür edirəm. Bu komandada oynamaq çox xoş idi".
27 yaşlı forvard 2023-cü ildə “Turan Tovuz”a keçmişdi. O, buna qədər “Skenderbeu”, “Trepça”, “Priştina” və “Dukanjini”də oynayıb.