COP29

“Turan”da hamının qanı qaraldı - Kapitandən PİS XƏBƏR

3 Fevral 21:00 Turan 581
“Turan”da hamının qanı qaraldı - Kapitandən PİS XƏBƏR

“Turan Tovuz” müdafiə xəttində zədəlilərlə bağlı sözün əsl mənasında çətinlik yaşayır.

Əməliyyat olunan Roderik Millerlə Denis Marandiçidən başqa Şəhriyar Əliyev və Eltun Turabov da kollektiv çalışmalardan uzaq düşüb.

“Qarabağ”la matçdan əvvəlki məşqlərin birində arxa əzələsindən zərbə alan Şəhriyar son iki qarşılaşmada iştirak edə bilməyib.

MRT müayinəsindən keçən kapitanın zədəsinin ağır olduğu üzə çıxıb.

O, 4-6 həftə yaşıl meydanlardan uzaq düşəcək.

Bu, o deməkdir ki, Əliyev qarşıdakı iki turda “Sabah” və “Araz-Naxçıvan”la prinsipial oyunlarda komandasına kömək edə bilməyəcək.

“4 nömrə” ən yaxşı halda “Şamaxı” ilə fevralın 23-də baş tutacaq oyuna hazır olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Fevral 19:30 Çək və bizə göndər!
3 Fevral 11:20 Belə bir iş görün!
3 Fevral 02:20 Aqibəti necə olacaq?